Meksikada "El Menço" ləqəbli kartel başçısı öldürüldü, ölkədə iğtişaşlar başladı
Meksikada ölkənin ən böyük cinayət təşkilatlarından biri sayılan "Jalisco Yeni Nəsil" kartelinin rəhbəri, "El Menço" ləqəbi ilə tanınan Nemesio Osegera Servantes keçirilən əməliyyat zamanı öldürülüb.
BAKU.WS xəbər verir ki, əməliyyat Xalisco ştatında Meksika ordusu tərəfindən həyata keçirilib. Toqquşma zamanı 4 kartel üzvü zərərsizləşdirilib, 2 nəfər saxlanılıb, 3 hərbçi isə yaralanıb.
Əməliyyatdan sonra ölkənin bir sıra bölgələrində genişmiqyaslı zorakılıq hadisələri qeydə alınıb. Kartel üzvləri yolları bağlayıb, avtomobilləri və obyektləri yandırıblar.
Qvadalaxara Beynəlxalq Hava Limanına hücum edildiyi, təhlükəsizlik qüvvələri ilə silahlı qarşıdurma yaşandığı bildirilir. Hava limanı ərazisində atəş səsləri eşidilib, sərnişinlər arasında panika yaranıb. Avtovağzallarda da partlayış və silah səslərinin eşidildiyi qeyd olunur.
Baş verən hadisələr fonunda bir neçə ştata əlavə ordu qüvvələri göndərilib.
Meksika Prezidenti Klaudiya Şeynbaum vəziyyətlə bağlı ictimaiyyətə müraciət edərək sakinləri sakitliyə çağırıb. O bildirib ki, bütün ştat rəhbərləri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərilir. Əhaliyə evlərində qalmaq tövsiyə olunub, ictimai nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.
Qeyd edək ki, "Jalisco Yeni Nəsil" karteli daha əvvəl ABŞ tərəfindən terror təşkilatı elan edilib. Vaşinqton administrasiyası "El Menço"nun tutulması üçün 15 milyon dollar məbləğində mükafat təyin etmişdi.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Bakıda balıq yarmarkası fəaliyyətə başladı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur













