İmişlidə yeraltı qaz kəməri zədələnib, 9 yaşayış məntəqəsində təchizat dayanıb
İmişli rayonunda qazıntı zamanı yeraltı qaz kəməri zədələnib, 9 yaşayış məntəqəsində təchizat dayanıb.
"Report"un Muğan bürosunun məlumatına görə, "İmişli 1" ölçü qovşağından qidalanan PE 225 mm-ilk orta təzyiqli "Bəhrəmtəpə" daşıyıcı yeraltı qaz kəmərininin Şahverdilər kəndi ərazisindən keçən hissəsini rabitə xətt çəkən podratçı təşkilata məxsus texnika tərəfindən aparılarkən zədələnib.
Baş vermiş qəzanın aradan qaldırılması zəruriyyəti ilə əlaqədar olaraq, işlər başa çatanadək İmişli rayonunun 8 kəndində - Rəsullu, Məhəmmədli, Bəhrəmtəpə, Göbəktala, Şahverdili, Boşçalılar, Qaragüvəndikli, Sarxanlı kəndlərində və Yeni Bəhrəmtəpə qəsəbəsində (ümumilikdə 6 000 abonent) qaz təchizatı daxildən dayandırılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bu gün İmişlinin 2 kəndində qaz olmayacaq
İmişlinin 23 yaşayış məntəqəsində qaz olmayacaq
23 yaşayış məntəqəsində qaz olmayacaq
Sabah İmişlidə 9 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib













