Emi Karlon: ABŞ Azərbaycanla münasibətləri yeni səviyyəyə çatdırmağı hədəfləyir
ABŞ siyasi və iqtisadi qarşılıqlı əlaqələri gücləndirərək, Azərbaycanla ikitərəfli münasibətləri yeni səviyyəyə çatdırmağa çalışır.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-nin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon bildirib.
Onun sözlərinə görə, ötən il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil edilmiş tarixi Vaşinqton sammitindən sonra Bakıdakı səfirliyin komandası ABŞ-Azərbaycan tərəfdaşlığının möhkəmləndirilməsi üzərində fəal işləyir.
"Bu ay biz mühüm bir mərhələni - ABŞ vitse-prezidentinin təxminən son 20 ildə Azərbaycana ilk səfərini qeyd etdik. Regional qarşılıqlı əlaqələrin, ikitərəfli ticarət və investisiyaların inkişafına, eləcə də müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa yönəlmiş Strateji Tərəfdaşlıq Xartiyası imzalandı. Vitse-prezident Cey Di Vensin səfəri ilə eyni vaxtda ölkəyə ABŞ Ticarət Palatasının geniş nümayəndə heyəti gəldi. Əvvəlcə 10 şirkətin iştirakı planlaşdırılsa da, nəticədə 30 şirkət və 60 nümayəndə gəlmiş oldu. Bu, böyük uğur olub", - E.Karlon deyib.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













