Qətər və BƏƏ-nin raketləri qurtarır - Trampı müharibəni dayandırmağa çağırırlar
Far.Az xəbər saytı

Qətər və BƏƏ-nin raketləri qurtarır - Trampı müharibəni dayandırmağa çağırırlar


Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ-nin İrana endirdiyi zərbələrin dayandırılması üçün diplomatik koalisiya formalaşdırmağa çalışır.

Far.Az xəbər verir ki, hər iki ölkə Vaşinqtonu hərbi əməliyyatları dayandırmağa inandırmaq niyyətindədir.

Rəsmi dairələr regionda gərginliyin daha da artmasından və hərbi qarşıdurmanın genişlənməsindən ehtiyat edir. Xüsusilə enerji bazarında kəskin qiymət artımı riskinin davam edən müharibə fonunda daha da güclənə biləcəyi vurğulanır.

Eyni zamanda iddia olunur ki, Qətərin mövcud raketdən müdafiə ehtiyatları cəmi dörd günlük, BƏƏ-nin isə təxminən bir həftəlik resursa malikdir. Bu amil də region ölkələrinin vəziyyətin diplomatik yolla sabitləşdirilməsində maraqlı olduğunu göstərir.

Hazırda tərəflərdən rəsmi və geniş açıqlama verilməyib. Regionda təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər