Trayço Traykov: "Bolqarıstan SGC-nin strateji infrastrukturunun ayrılmaz hissəsinə çevrilib"
Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektorunun istismarına verilməsi ilə Bolqarıstan faktiki olaraq Cənub Qaz Dəhlizinin (SGC) strateji infrastrukturunun ayrılmaz hissəsinə çevrilib.
"Far.Az" xəbər verir ki, bunu Bolqarıstanın energetika naziri Trayço Traykov Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında bildirib.
Onun sözlərinə görə, bu dəhliz Avropa ölkələri üçün enerji təhlükəsizliyinin gücləndirilməsi, eləcə də mənbələrin və marşrutların şaxələndirilməsi baxımından mühüm rolunu artıq sübut edib: "Bolqarıstan qaz infrastrukturunun inkişafı istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu xüsusda, Cənub Qaz Dəhlizi çərçivəsində tərəfdaşlığın daha da gücləndirilməsinə sadiqliyimizi bir daha təsdiqləyir".
T.Traykov qeyd edib ki, enerji sektorunda mövcud çağırışlar Cənub Qaz Dəhlizi çərçivəsində formalaşmış etibarlı tərəfdaşlıqlar kimi möhkəm əməkdaşlıq mexanizmlərini tələb edir: "Bu əməkdaşlıq artıq "yaşıl enerji dəhlizləri" və zonaları təşəbbüslərinə də şamil olunmaqdadır. Bolqarıstan "Yaşıl Enerji Dəhlizi" layihəsini ilk vaxtdan dəstəkləyən ölkədir."
Oxşar xəbərlər
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













