Prezident: İki-üç ilə "Abşeron" yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyirik
Far.Az xəbər saytı

Prezident: İki-üç ilə "Abşeron" yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyirik


Azərbaycan iki-üç il ərzində "Abşeron" yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyir.

Far.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, bu il "Azəri-Çıraq-Günəşli" yatağının dərin qaz laylarından hasilatın başlanması gözlənilir:

"Hasilatın ötən il başlanacağı gözlənilirdi, lakin bu, baş vermədi. Bununla belə, hasilatın məhz cari ildə başlanacağına əminik".

"İki-üç il ərzində "Abşeron" yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyirik ki, bu da "Abşeron"dan qaz hasilatını üç dəfə artıracaq. Eyni zamanda, "Ümid" yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanması gözlənilir", Prezident əlavə edib.

Oxşar xəbərlər

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər