SPP Azərbaycan daxil olmaqla, 20 qaz təchizatçısı ilə danışıqlar aparır
Far.Az xəbər saytı

SPP Azərbaycan daxil olmaqla, 20 qaz təchizatçısı ilə danışıqlar aparır


Slovakiyanın "Slovensky plynarensky priemysel" (SPP) neft-qaz şirkəti Avropa İttifaqının (Aİ) Rusiya qazından imtina edilməsi üzrə yeni reqlamenti fonunda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) də daxil olmaqla, 20-yə yaxın potensial təchizatçı ilə danışıqlar aparır.

"Report" xəbər verir ki, bu barədə SPP-nin "LinkedIn" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"Aİ-nin yeni qanunvericiliyi və Rusiyadan təbii qaz idxalının mərhələli şəkildə dayandırılması haqqında Aİ Reqlamentinin təsdiqlənməsi ilə əlaqədar olaraq, SPP şirkətə lazım olan həcmdə təbii qazı münasib qiymətə təchiz edə biləcək yeni işgüzar tərəfdaşlar axtarır. Hazırda biz təxminən 20 şirkətlə danışıqlar aparırıq. Buna görə də nümayəndələrimiz SOCAR şirkəti ilə ayrıca görüşdə də iştirak ediblər", - məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, SPP 2024-cü ilin dekabrında qısamüddətli qaz təchizatı üzrə pilot layihə çərçivəsində əməkdaşlığı sınaqdan keçirib.

"Ona görə də təbiidir ki, SOCAR-ın qlobal təbii qaz bazarında oynadığı mühüm rolu nəzərə alaraq, biz onu SPP üçün təbii qaz təchizatında əhəmiyyətli rol oynaya biləcək mühüm tərəfdaş kimi nəzərdən keçiririk", - məlumatda bildirilib.

Həmçinin qeyd olunub ki, SPP martın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclasında təmsil olunub. Tədbirdə şirkətin Direktorlar Şurasının sədri Yuray Ondris, Baş direktor Martin Huska və satış üzrə direktor Mixal Lalik iştirak ediblər.

"İllik görüşün əsas məqsədi Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi və təchizatın şaxələndirilməsi məqsədilə Azərbaycan, Aİ və digər tərəfdaş ölkələr arasında strateji enerji tərəfdaşlığını əlaqələndirmək idi", - məlumatda bildirilib.

Xatırladaq ki, SOCAR 2024-cü il noyabrın 12-də imzalanmış qısamüddətli pilot müqavilə əsasında 2024-cü il dekabrın 1-dən Slovakiyaya təbii qaz tədarükünə başlayıb.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər