"Bornmut" stadionunun tutumunu iki dəfə artırmaq üçün 50 milyon funt-sterlinq xərcləyəcək
İngiltərə Premyer Liqası təmsilçisi "Bornmut" "Vitaliti" stadionunun tutumunu iki dəfə artırmaq üçün iddialı yenidənqurma planlarını işə salıb.
"Far.Az" "The Sun"a istinadən xəbər verir ki, klub stadionunun genişləndirilməsi layihəsinə təxminən 50 milyon funt-sterlinq xərcləyəcək.
"Albalılar" artıq yerli şuranın təsdiqi ilə tikinti işlərinə başlayıblar. Hazırda 11 000 nəfərlik tutumu ilə Premyer Liqanın ən kiçik stadionu olan "Vitaliti" yenidənqurmadan sonra 20 mindən çox azarkeş qəbul edə biləcək.
"Bornmut"un maliyyə cəhətdən də yüksəlişdə olduğu bildirilib. Klubun ümumi gəliri 2022/2023 mövsümündə 143 milyon funt-sterlinq idisə, 2024/2025 mövsümündə bu rəqəm 199 milyon funt-sterlinqə yüksəlib. Həmçinin klubun apreldə açılışı olan 42 milyon funt-sterlinqlik yeni məşq mərkəzi də istifadəyə verilib.
Azarkeşlərin marağı da rekord həddə çatıb. Belə ki, 2025/2026 mövsümü üçün biletlərin yenilənmə faizi 98 faizi ötüb. Klub rəhbərliyi stadion genişləndikdən sonra gəlirlərin daha da artacağını proqnozlaşdırır.
Oxşar xəbərlər
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
Bakıda Zəfər muzeyinin açılışı olub
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
COP29 karbon bazarı əməkdaşlığının yeni mərhələsi üçün əsas yaradıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var
-
Kuşner: Əbu-Dabidə Ukrayna üzrə danışıqların ilk günü ümidvericidir













