Neftin qiyməti bahalaşır: 84 dolları keçdi
Dünya neft bazarında qiymətlərdə artım müşahidə olunur. Səhər saatlarında keçirilən ticarət sessiyasında xam neftin qiyməti yüksələrək 84 dollar həddini keçib.
Far.Az xəbər verir ki, ICE birjasında 2026-cı ilin may ayı üzrə "Brent crude oil" markalı neftin fyuçerslərinin dəyəri səhər saatlarında əhəmiyyətli artım göstərib. Bakı vaxtı ilə saat 08:02-də qiymətlər 2,87 faiz bahalaşaraq bir barel üçün 83,74 dollara çatıb.
Ticarətin davamında isə artım daha da sürətlənib. Saat 08:17-də Brent neftinin fyuçersləri 3,5 faiz yüksələrək bir barelin qiymətini 84,25 dollara qədər qaldırıb.
Eyni zamanda ABŞ bazarında satılan "West Texas" Intermediate (WTI) markalı xam neft də bahalaşıb. Aprel ayı üzrə fyuçers müqavilələrinin qiyməti 4,14 faiz artaraq bir barel üçün 77,65 dollar səviyyəsinə yüksəlib.
Oxşar xəbərlər
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Hörmüzdə neft qarşıdurması – ANALİTİKA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













