Serbiyanın XİN başçısı Balkanların Avropada sabitliyin sütunlarından biri ola biləcəyini düşünür
Serbiya Balkan regionunun Avropada inkişaf və sabitliyin potensial sütunlarından biri ola bilər.
"Far.Az"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya xarici işlər naziri Marko Curiç bu gün Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşdən sonra deyib.
O qeyd edib ki, ölkəsi Avropa Şurasının fəaliyyətinə böyük əhəmiyyət verir:
"Serbiya Avropa Şurasının təsis prinsiplərini, qitəmizdəki əməkdaşlıq hədəflərini və demokratiya, insan hüquqları, qanunun aliliyinin təkmilləşdirilməsi kimi dəyərləri tamamilə bölüşür".
Nazirin sözlərinə görə, görüş zamanı Serbiyanın regiondakı diplomatik təşəbbüsləri və planları müzakirə olunub:
"Çətin dövrlər bəzən cəsarətli addımlar tələb edir. Buna görə də regionda əməkdaşlıq təşəbbüslərində ön sırada olan bir ölkəni təmsil etdiyim üçün məmnunam. Məqsədimiz səksəninci və doxsanıncı illərdə yaranmış problemləri arxada qoyaraq regionu gələcəyə yönəltməkdir. Əminəm ki, regionumuz Avropada inkişaf və sabitliyin potensial sütunlarından biri ola bilər".
M. Curiç əlavə edib ki, görüşdə Avropa Şurasının Baş katibinə və təşkilatın nümayəndələrinə Kosovoda və Metoxiyada yaşayan serb xalqının vəziyyəti, həmçinin təhsil və səhiyyə sisteminin fəaliyyətinə dair narahatlıqlar barədə məlumat verib.
Alen Berse isə bildirib ki, Serbiya ilə əməkdaşlıq yaxşı səviyyədədir və tərəflər birlikdə irəliləyişə, Avropa İttifaqına mümkün inteqrasiyaya doğru addımlar atırlar. Berse qeyd edib ki, Avropa Şurası yeni qlobal hadisələr fonunda sülh platformasını və çoxtərəfliliyi necə gücləndirmək barədə düşünməlidir.
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
-
Yalçın Rəfiyev: SIDS ölkələrinin mədəni irsinin YUNESKO-da siyahıya alınmasına Azərbaycan dəstək verməyə hazırdır
-
Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanılıb
-
Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA
-
Azərbaycan Milli QHT Forumu ikiillik fəaliyyətinə dair hesabat verib
-
Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq - YENİLƏNİB













