ASCO-nun gəmisi "Qoşadaş" sahəsində tədqiqat işlərinə cəlb olunub
Far.Az xəbər saytı

ASCO-nun gəmisi "Qoşadaş" sahəsində tədqiqat işlərinə cəlb olunub


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Məmməd Süleymanov" mühəndis-geoloji gəmisi Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Qoşadaş" sahəsində həyata keçirilən dəniz dibi tədqiqatlarında iştirak edir.

Bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, işlərə başlamazdan əvvəl gəmi Qaradağ limanında layihəyə hazırlıq məqsədilə müvafiq avadanlıqlarla təchiz olunub.

"Məmməd Süleymanov" gəmisi dənizin kontinental şelfində stasionar hidrotexniki qurğuların tikintisinin və üzən qazma qurğuların nöqtəyə qoyulmasının təmin edilməsi məqsədilə dəniz dibinin mühəndis-geoloji tədqiqatlarının aparılması və mühəndis-geoloji planının hazırlanması üçün nəzərdə tutulub.

Gəmi vasitəsilə dənizin 300 metrədək dərinliyində çöküntü süxurlarının yuxarı qatının geoloji quruluşu seysmoakustik metodlarla, həmçinin qurunt nümunələri götürülməklə öyrənilir.

"Məmməd Süleymanov" gəmisinin uzunluğu 45 metr, eni 9 metr, bortunun hündürlüyü isə 5 metrdir.

Oxşar xəbərlər

Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Bakı Uşaq və Gənclər Teatrı yeni  layihəyə start verib.
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb - EKSKLÜZİV

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər