AMB: Rəqəmsal maliyyənin inkişafı istehlakçıların qorunmasından asılıdır
Rəqəmsal maliyyənin inkişafı istehlakçıların qorunmasından asılıdır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədrinin müavini Toğrul Əliyev Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" forumunda bildirib.
Sədr müavini deyib ki, son illərdə rəqəmsallaşma qlobal maliyyə sisteminin əsas sütununa çevrilib: "Elektron ticarət, mobil bankçılıq və innovativ fintex həlləri sayəsində xidmətlərin əlçatanlığı əhəmiyyətli dərəcədə artıb. Bu dəyişikliklər təkcə rahatlıq deyil, həm də maliyyə inklüzivliyinin genişlənməsinə və yeni biznes modellərinin yaranmasına xidmət edir".
T. Əliyev vurğulayıb ki, innovasiyaların sürətli tətbiqi ilə yanaşı, kibertehlükəsizlik və fərdi məlumatların qorunması məsələləri daha da aktuallaşır: "Maliyyə sektorunun dayanıqlı inkişafı istehlakçıların hüquqlarının etibarlı müdafiəsindən asılıdır. Bu məqsədlə rəqəmsal maliyyə savadlılığının üç əsas komponenti diqqət mərkəzində saxlanılmalıdır".
O əlavə edib ki, birinci növbədə, rəqəmsal bankçılıq bacarıqlarının inkişaf etdirilməsi vacibdir: "Bura elektron pul kisələrindən və müasir ödəniş alətlərindən düzgün və effektiv istifadə qaydaları daxildir. İkinci mühüm istiqamət olan strateji planlama sayəsində vətəndaşlar rəqəmsal alətlər vasitəsilə öz xərclərini təhlil edə və daha səmərəli investisiya qərarları verə bilərlər. Nəhayət, rəqəmsal təhlükəsizlik qaydalarının mənimsənilməsi, xüsusilə güclü şifrələrin yaradılması və fişinq kimi kiberhücumlardan qorunma yollarının öyrənilməsi istehlakçıların şəxsi məlumatlarının təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir".
Oxşar xəbərlər
AFFA-da "Futbolda Uşaqların Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil olunub
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













