Dövlət Agentliyi: Karqo xidmətlərində istehlakçılara qiymətlər barədə düzgün məlumat verilmir
Azərbaycanda karqo xidmətləri bazarında istehlakçılara qiymətlər barədə düzgün məlumat verilmir.
"Far.Az" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" mövzusunda forumda bildirib.
O qeyd edib ki, Dövlət Agentliyi elektron ticarət sahəsində iki geniş araşdırma həyata keçirib: "Araşdırmalardan biri elektronika məhsullarının onlayn satışı ilə məşğul olan sahibkarlıq subyektlərini, digəri isə elektron ticarət iştirakçılarına xidmət göstərən karqo şirkətlərini əhatə edib. Elektronika məhsullarının onlayn satışına dair aparılan araşdırma zamanı sahibkarların qiymət kommunikasiya fəaliyyəti, istehlakçılara təqdim olunan malların qiymətləri barədə düzgün məlumat verilməsi, endirimlərin tətbiqi və müqavilə şərtlərinin istehlakçı hüquqlarını məhdudlaşdırıb-məhdudlaşdırmaması yoxlanılıb".
Y.Tapdıqlı əlavə edib ki, karqo xidmətləri bazarında aparılan araşdırma zamanı isə bəzi hallarda daşınma xidmətlərinin qiymətlərinin manatla deyil, xarici valyuta ilə göstərildiyi, xidmətlərin dəyərinin hesablanma qaydası barədə istehlakçılara tam və düzgün məlumat verilmədiyi müəyyən edilib: "Eyni zamanda xidmət göstərən şirkətlərin müqavilələrində istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin olub-olmaması və istifadə olunan ölçmə vasitələrinin dövri yoxlamadan keçib-keçmədiyi də araşdırılıb".
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib













