Rusiya İrana tibbi yardım göndərir: Yük Azərbaycan üzərindən daşınacaq
Far.Az xəbər saytı

Rusiya İrana tibbi yardım göndərir: Yük Azərbaycan üzərindən daşınacaq


Rusiya İrana humanitar tibbi yardım göndərməyə hazırlaşır və yük Azərbaycan ərazisindən tranzitlə daşınacaq.

Far.Az TASS-a istinadən xəbər verir ki, Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təxminən 13 ton tibbi ləvazimatdan ibarət yardım Irana göndəriləcək.

Bildirilir ki, humanitar yardımın göndərilməsi qərarı Vladimir Putin və fövqəladə hallar naziri Aleksandr Kurenkov tərəfindən verilmiş xüsusi tapşırıq əsasında həyata keçirilir.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri və bir sıra yüksək vəzifəli şəxslər həyatını itirib. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Oxşar xəbərlər

Banqladeş, Qətər, Pakistan vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər