Ərbildəki hərbi bazaya dron hücumu: Fransa hərbçisi həlak olub
Far.Az xəbər saytı

Ərbildəki hərbi bazaya dron hücumu: Fransa hərbçisi həlak olub


İraqın Kürdüstan bölgəsinin paytaxtı Ərbil şəhərində yerləşən hərbi bazaya pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum nəticəsində Fransa ordusunun bir hərbçisi həlak olub.

Far.Az xəbər verir ki, hadisə ilə bağlı məlumatı Emmanuel Macron sosial şəbəkədə paylaşaraq təsdiqləyib.

O bildirib ki, hücum zamanı bir neçə fransız hərbçisi də yaralanıb.

Makron həlak olan hərbçinin ailəsinə və xidmət yoldaşlarına başsağlığı verərək, baş verənləri qəbuledilməz adlandırıb. Onun sözlərinə görə, Fransa hərbçiləri regionda əsasən terrorizmə qarşı mübarizə missiyası çərçivəsində fəaliyyət göstərir.

Qeyd edək ki, ölən hərbçi VII Alp atış batalyonunun adyutant-rəisi Arnaud Frion olub.

Oxşar xəbərlər

İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
İraqdakı hərbi bazaya hücumda fransız hərbçi ölüb - YENİLƏNİB
DSX-nin 270 hərbçisi mənzillə təmin olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Müxtəlif ölkələrin rəsmiləri, qurumları və beynəlxalq təşkilatlar İranın Naxçıvana dron hücumunu pisləyib -YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər