60 yaşlı sərxoş kişi məşğulluq idarəsini gülləyə tutmaq istəyib
Far.Az xəbər saytı

60 yaşlı sərxoş kişi məşğulluq idarəsini gülləyə tutmaq istəyib


Samux rayonunda sərxoş şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon məşğulluq idarəsini gülləyə tutmaqla hədələyib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, rayonun Əhmədbəyli kənd sakini, 1966-cı il təvəllüdlü Ənvər Ağayev (adı və soyadı şərtidir) Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq, rayon məşğulluq idarəsini gülləyə tutacağını bildirib. Spirtli içkinin təsiri altında olan şəxs bu məqsədlə odlu silah aldığını da qeyd edib.

Polis əməkdaşları şəxsin yaşadığı ünvana gələrək, onu sakitləşdirmək istəsələr də, həmin şəxs polisə tabe olmadan hərəkətlərinə davam edib.

Polis əməkdaşları Ənvər Ağayevi saxlayaraq barəsində protokol tərtib ediblər və iş məhkəməyə göndərilib. Samux Rayon Məhkəməsinin qərarı ilə Ə.Ağayev səkkiz sutka həbs edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər