ABŞ-nin neçə milyon barel Rusiya neftini sanksiyalardan azad etdiyi hesablanıb
Far.Az xəbər saytı

ABŞ-nin neçə milyon barel Rusiya neftini sanksiyalardan azad etdiyi hesablanıb


ABŞ-nin neçə barel Rusiya neftini sanksiyalardan azad etdiyi hesablanıb.

Far.Az xəbər verir ki, bu barədə "Bloomberg" hesablamalar aparıb.

Qeyd edilib ki, ABŞ 19 milyon barel Rusiya neftinin alınmasına icazə verib.

"Bloomberg tərəfindən toplanan gəmi izləmə məlumatlarına görə, tankerlər ən azı 19 milyon barel Rusiya nefti və 310 min ton neft məhsulları daşıyır" - deyə məıumatda qeyd edilib.

Xam neft Çin yaxınlığında yerləşən "Sokol" markalı 25 gəmi ilə daşınır. "Bloomberg" qeyd edir ki, əsasən "Urals" xam nefti ilə yüklənmiş bir sıra tankerlər də Ərəbistan dənizində fəaliyyət göstərir.

Xatırladaq ki, martın 12-də ABŞ gəmilərə yüklənmiş Rusiya nefti və neft məhsullarını müvəqqəti olaraq sanksiyalardan azad etdiyini açıqlayıb. Lisenziya 11 aprelə qədər qüvvədə olacaq.

ABŞ-nin maliyyə naziri Skott Bessent vurğulayıb ki, dənizdən Rusiya neftinin alınması üçün müvəqqəti icazə "qısamüddətli və yüksək ixtisaslaşmış tədbirdir" və Rusiya hakimiyyətinə "əhəmiyyətli fayda" gətirməyəcək.

Oxşar xəbərlər

Dərnəgüldə yanan obyektin malları daşınır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər