Rəşad Nəbiyev: "Sərt tənzimləmə innovasiyaları məhv edə bilər"
Azərbaycan rəqəmsal gələcək istiqamətində qlobal təcrübəni araşdırır və ölkədə həyata keçirməyə səy göstərir.
"Report" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev XIII Qlobal Bakı Forumu çərçivəsində təşkil edilən "Rəqəmsal gələcək: Süni intellekt, idarəetmə və innovasiyanın etikası" mövzusunda panel sessiyasında bildirib.
R. Nəbiyevin sözlərinə görə, ölkədə beynəlxalq praktikalar nəzərə alınaraq müəyyən istiqamətlər həyata keçirilir: "Məsələn, səhiyyə, təhsil kimi sahələrdə, eləcə də dövlət strukturlarının fəaliyyətində tətbiq edilən konkret layihələr var. Bu layihələr ilk mərhələdə müəyyən istiqamətlərdə sınaqdan keçirilir və müsbət nəticə göstərdiyi təqdirdə, geniş miqyasda istifadəyə verilir".
Nazirin fikrincə, Azərbaycan eyni zamanda öz toplanmış təcrübəsinə söykənərək perspektiv imkanlar formalaşdırmağa çalışır: "Bu, innovasiyalar qarşısında meydana çıxan problemlərin aradan qaldırılması üçün şərait yaradır".
R. Nəbiyev onu da qeyd edib ki, innovasiyalar sahəsində həddindən artıq sərt tənzimləmə tətbiq olunduğu halda, onu məhv etmək təhlükəsi yarana bilər: "Əgər çox ləngisək, qlobal səviyyədə nəzarəti həyata keçirmək imkanını itirmək riski ilə qarşılaşa bilərik. Məhz buna görə əsas məsələ idarəetmədə optimal tarazlıq nöqtəsinin müəyyənləşdirilməsidir. Bir tərəfdən innovasiyanı məhdudlaşdırmamaq, digər tərəfdən isə cəmiyyətimizi, uşaqlarımızı və bütövlükdə insanları müdafiə etmək üçün yetərincə möhkəm qaydaların formalaşdırılması zəruridir".
Oxşar xəbərlər
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi
-
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
-
"Euronews": Dohada Hörmüz boğazı və uranla bağlı məsələlərə diqqət yetirilib - YENİLƏNİB
-
Bakı-Tbilisi sərnişin qatarı yola salınıb
-
Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb













