Marneulidə azərbaycandilli məktəblərin problemləri müzakirə olunub
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Gürcüstandakı azərbaycandilli məktəblərin hazırkı vəziyyəti və problemlərinə həsr olunmuş görüş keçirilib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, tədbir Maarif İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
Görüşdə ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən azərbaycandilli məktəblərin müəllimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Maarif İctimai Birliyinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Gürcüstandakı Azərbaycan icmasının təhsil sahəsində üzləşdiyi problemlərdən danışıb. O bildirib ki, soydaşların dövlət dilini öyrənməsi istiqamətində müxtəlif layihələr və proqramlar həyata keçirilsə də, ana dilinin inkişafı və tədrisi ilə bağlı yeni təşəbbüslər, demək olar ki, yoxdur.
İsayeva azərbaycandilli məktəblərdə kadr çatışmazlığı, dil baryeri və dərsliklərlə bağlı mövcud problemlərə də diqqət çəkib.
Tədbirdə çıxış edən digər iştirakçılar da məktəblərdə dövlət dili ilə yanaşı, ana dilinin tədrisinin vacibliyini vurğulayıblar.
Görüşün sonunda iştirakçılar adından Baş nazir İrakli Kobaxidzeyə, eləcə də Gürcüstan Təhsil və Elm Nazirliyinə, Gürcüstan parlamentinə və digər aidiyyəti qurumlara müraciət qəbul olunub. Müraciətdə ölkənin təhsil sistemində mövcud problemlər sadalanıb və etnik azlıqların ana dilində təhsil imkanlarının genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı Konqres Mərkəzində TÜSTÜLƏNMƏ
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Tramp İran ətrafındakı vəziyyətlə bağlı görüşlər keçirəcək
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Masallının böyük bir hissəsi qazsız qalacaq













