Elektron Təhlükəsizlik Xidməti vətəndaşları saxta kurslarla bağlı ehtiyatlı olmağa çağırıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) adından istifadə edən kurslarla bağlı xəbərdarlıq edib.
"Report"un məlumatına görə, qurum bəyan edib ki, son günlər bəzi özəl tədris mərkəzlərinin ETX-nin adından istifadə edərək kurslar keçirməsi barədə vətəndaşlardan məlumatlar daxil olmaqdadır.
"Müraciətlərdən aydın olur ki, tədris mərkəzi nümayəndələri özlərini ETX ilə əlaqəli şəxslər kimi təqdim edərək, qurumun statusundan sui-istifadə hallarına yol verir və vətəndaşlara müxtəlif ödənişli xidmətlər təklif edirlər.
ETX hər hansı özəl təhsil mərkəzi və ya kursla kibertəhlükəsizlik təlimlərinin keçirilməsi istiqamətində əməkdaşlıq etmir. Qeyd olunan fəaliyyətlərin ETX ilə heç bir təşkilati və ya hüquqi əlaqəsi mövcud deyil.
ETX-nin fəaliyyət istiqamətləri barədə məlumatlar qurumun rəsmi internet səhifəsi və sosial media hesabları vasitəsilə paylaşılır.
Vətəndaşlardan xahiş olunur ki, ETX-nin fəaliyyəti ilə bağlı məlumatları rəsmi mənbələrdən əldə etsinlər və bu kimi hallarla qarşılaşdıqda 1654 qaynar xəttinə və ya [email protected] elektron poçt ünvanına məlumat versinlər", - deyə açıqlamada qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək
-
69 minlik dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana təhvil verildi
-
Azərbaycanda əl işlərinin elektron satışından əldə edilən gəlirlərə vergi yoxlaması tətbiq ediləcək
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Azərbaycan I rübdə 5 milyon tondan çox neft ixrac edib
-
Şahin Mustafayev: "Sea Breeze" kurortu ötən yay 100 mindən çox insanı qəbul edib"













