İran dronları BƏƏ-nin neft sənaye zonasına hücum edib
Far.Az xəbər saytı

İran dronları BƏƏ-nin neft sənaye zonasına hücum edib


Birləşmiş Ərəb Əmirliklərinin Fucəyra Əmirliyi ərazisində yerləşən neft sənaye zonası pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Far.Az xəbər verir ki, hücumu həyata keçirən dronların İrana məxsus olduğu bildirilir.

Hadisə nəticəsində sənaye zonasında yanğın baş verib.

Rəsmi açıqlamada qeyd olunur ki, baş verən yanğın nəticəsində insan itkisi qeydə alınmayıb. Xilasetmə və yanğınsöndürmə briqadaları dərhal əraziyə cəlb olunaraq alovun qarşısını almaq üçün operativ tədbirlər görür.

Hazırda yanğının tam söndürülməsi və hadisənin səbəblərinin araşdırılması istiqamətində işlər davam etdirilir.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
BƏƏ Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər