Vüqar Gülməmmədov: "Büdcədən işğaldan azad edilmiş ərazilərə ayırmalar yeni vəzifələr müəyyən edir"
Far.Az xəbər saytı

Vüqar Gülməmmədov: "Büdcədən işğaldan azad edilmiş ərazilərə ayırmalar yeni vəzifələr müəyyən edir"


Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ekosistemin bərpası böyük resurs və zaman tələb edir.

"Far.Az" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Ali Audit Qurumlarının Avropa Təşkilatının (EUROSAI) Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun (WGEA) Bakıda keçirilən illik toplantısında bildirib.

"2021-2024-cü illərdə həmin ərazilərin bərpasına dövlət büdcəsindən 10 milyard ABŞ dollarından artıq vəsait ayrılıb ki, bu da Palatanın qarşısında yeni vəzifələr müəyyən edir", - deyə o qeyd edib.

"Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələri sırasındadır və təxmini hesablamalara görə ölkədə 1,5 milyondan çox partlamamış mina və döyüş sursatı var. Mina təhlükəsi işğaldan azad olunmuş ərazilərdən həm yaşayış, həm kənd təsərrüfatı, həm də ekosistemin bərpası məqsədilə istifadəsini mümkünsüz edib", - deyə sədr əlavə edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Vüqar Gülməmmədov: "İqlim maliyyəsi" və "yaşıl büdcə"yə dair yaxşı təcrübələrin sayı azdır"
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın işçi qrupunun geniş tərkibdə iclası keçirilib
Azərbaycanda kommersiya qurumlarının qeydiyyatı istiqamətində islahatlar və rəqəmsal yeniliklər - TƏHLİL
Azərbaycan QHT-ləri ABŞ və Avropa İttifaqının məsul qurumlarının rəhbərlərinə açıq məktub göndərib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər