Sosial şəbəkə mübahisəsi faciə ilə bitdi - 52 yaşlı kişi bir yumruq zərbəsindən öldü
Far.Az xəbər saytı

Sosial şəbəkə mübahisəsi faciə ilə bitdi - 52 yaşlı kişi bir yumruq zərbəsindən öldü


Gəncə Ağır Cinayətlər Məhkəməsində 52 yaşlı kişini döyərək öldürməkdə təqsirləndirilən İnqilab Qayıbovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, son iclasda müttəhimə hökm oxunub: İ.Qayıbov 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə İ.Qayıbovun cəzasını həbs edildiyi gündən hesablayıb və bu müddət martın 4-də başa çatdığı üçün o, azadlığa buraxılıb.

İttihama görə, hadisə 2024-cü il sentyabrın 27-də Tərtər şəhəri, Heydər Əliyev küçəsindəki parkda baş verib.

Bundan əvvəl 1974-cü il təvəllüdlü Yaşar Abdullayev sosial şəbəkədə 1994-cü il təvəllüdlü həmyerlisi İnqilab Qayıbovla mübahisə edib. Mübahisədən sonra Qayıbov Y.Abdullayevin qeyd edilən parkda olduğunu müəyyən edərək, oraya gəlib, mübahisəni davam etdirib. Bu zaman o, Y.Abdullayevə yumruqla zərbə vurub.

Abdullayev zərbənin təsirindən özünü itirərək yıxılıb. Yaxınlıqdakı şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb və İ.Qayıbov saxlanılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər