Ermənistanda parlament seçkisi: Rusiya hansı üsullara əl atacaq? - VİDEO
Far.Az xəbər saytı

Ermənistanda parlament seçkisi: Rusiya hansı üsullara əl atacaq? - VİDEO


Ermənistanda siyasi partiya və bloklar iyunun 7-nə təyin olunan parlament seçkisinə hazırlaşırlar. Keçmiş prezident Robert Koçaryan "Ermənistan" blokundan baş nazirliyə namizəd elan olunub. Namizədin adı martın 16-da keçirilən mərasimdə açıqlanıb. Bildirilir ki, Koçaryanın siyasi düşərgəsi yeni ittifaq yaratmağa hazırlaşır. Bəs bu ittifaqda hansı siyasi qüvvələrin iştirakı nəzərdə tutulub?

Siyasi şərhçi Zaur İbrahimli məsələ ilə bağlı Baku TV-yə açıqlama verib:

"Burada əsas vəzifə digər keçmiş prezident Serj Sarqsyanın Koçaryanın bayrağı altında olub-olmamasıdır. Bununla bağlı hər hansı bir fikir söyləyə bilmirik. Onlar düşünürlər ki, bir araya gəlsələr, Paşinyanın mövqelərini zəiflədə bilərlər".

Maraqlıdır, Ermənistan cəmiyyətində Koçaryanın seçiciləri birləşdirmək, onların fikirlərinə təsir etmək imkanları mövcuddurmu? Keçmiş prezidentin seçkilərdə üstünlük qazanacağına inamında Rusiya faktorunun nə qədər rolu var?

"Burada əsas söz Moskvanın olacaq. Lakin burada aldadıcı ssenari də ola bilər. Ola bilsin ki, Moskva iki istiqamətdə seçkiyə gedir", - ekspert bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər