"Kəpəz"in yeni transferi: "Kollektiv olaraq vəziyyəti dəyişmək üçün çalışırıq"
Kollektiv olaraq "Kəpəz"in vəziyyətini dəyişmək üçün çalışırıq.
"Far.Az"un məlumatına görə, bunu Gəncə təmsilçisinin yeni transferi Mahamadu Ba klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Malili futbolçu həvəslə məşq etdiyini söyləyib:
"Karyeramda yeni dönəm başlayır. Türkiyədən sonra ölkənizdə legioner həyatı yaşayacağam. Bura gəldiyimə görə şadam. Klubda məni olduqca mehriban qarşıladılar. Bir neçə gündür ki, düşərgədəyəm. Həvəslə məşq edirəm. Yaxşı bazamız var. "Kəpəz"in Bakıda "Zirə" ilə oyununu stadiondan canlı izləmək imkanım oldu. Bilirəm ki, komandanın çıxışı azarkeşlərin ürəyincə deyil. Amma kollektiv olaraq vəziyyəti dəyişmək üçün çalışırıq. Türkiyə ilə Azərbaycan futbolu arasında fərq var. Azərbaycanda komandalar fiziki oyuna üstünlük verməyə səy göstərirlər. Hər halda, ilk baxışdan belə görünür. Türkiyədə isə fərqlidir. Superliqada komandalar taktiki-texniki cəhətdən seçilməyə çalışırlar".
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi karyerası ərzində Türkiyə klublarında forma geyinib. O, "Ərzurumspor", "Adana Dəmirspor", "İstanbulspor" və "Tuzlaspor"da oynayıb. Ba "Ərzurumspor" və "İstanbulspor"un heyətində Türkiyə Superliqasında çıxış edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Turan Tovuz" klubunun rəsmisi: Komanda Bakıda öz bazasında məskunlaşacaq - MÜSAHİBƏ
Konfrans Liqası: "Zirə" sonuncu matçında qələbə qazanıb - YENİLƏNİB - 4
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 8
Gəncədə “Mehriban xanım Əliyeva: humanizmin və xeyriyyəçiliyin hamisi” adlı kitabın təqdimat mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı
-
Sümükləri möhkəmləndirmək üçün ən faydalı səhər yeməyi açıqlandı
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib













