Əli Laricanini ABŞ kəşfiyyatı izləyib, yoxsa yerini İsrail agentləri deyib?
Siyasi ekspertin fikrincə, Əli Laricaninin öldürülməsi ABŞ kəşfiyyatının imkanları və İsrailin agent şəbəkəsi ilə bağlı ola bilər.
Far.Az xəbər verir ki, politoloq, Moskva Dövlət Pedaqoji Universiteti nəzdində fəaliyyət göstərən Tarix və Siyasət İnstitutunun direktor müavini Vladimir Şapovalov bildirib ki, İranın yüksək vəzifəli şəxslərinin hədəfə alınması təsadüfi deyil.
Onun sözlərinə görə, bu cür əməliyyatların həyata keçirilməsi həm ABŞ-nin güclü kəşfiyyat imkanları, həm də İsrailin Tehran daxilində geniş agent şəbəkəsi ilə bağlıdır:
"İranın siyasi və hərbi rəhbərlərinə qarşı həyata keçirilən uğurlu hücumlar bir neçə amilin nəticəsidir. Bunlardan biri ABŞ-nin xüsusilə peyk kəşfiyyatı sahəsində yüksək texnoloji imkanlarıdır. Birləşmiş Ştatların iştirakı olmadan belə dəqiq əməliyyatların həyata keçirilməsi çətin olardı".
Şapovalov xatırladıb ki, əvvəllər də oxşar hadisə baş verib. Belə ki, Donald Trampın göstərişi ilə Qasım Süleymani öldürülmüşdü və bu hadisə də ABŞ kəşfiyyatının fəaliyyəti ilə əlaqələndirilmişdi.
Ekspert əlavə edib ki, bu cür hadisələrin mümkün olmasının digər səbəbi isə İsrailin İran ərazisində geniş agent şəbəkəsinə malik olmasıdır. Bu baxımdan, İran rəhbərliyi üçün yüksək vəzifəli şəxslərin təhlükəsizliyinin təmin edilməsi xüsusilə aktual məsələ olaraq qalır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













