Trampdan NATO-ya sərt tənqid
Far.Az xəbər saytı

Trampdan NATO-ya sərt tənqid


ABŞ Prezidenti Donald Trump NATO-nun İranla bağlı hərbi dəstək verməməsini tənqid edib və bu vəziyyətin onu məyus etdiyini bildirib.

Far.Az xəbər verir ki, Tramp İrlandiya Baş naziri Mişel Martin ilə görüşündə deyib ki, Hürmüz Boğazının təhlükəsizliyi üçün Avropadan gözlədikləri dəstəyi ala bilməyiblər. O, ABŞ-nin boğazı açıq saxlamaq üçün heç kimin köməyinə ehtiyacı olmadığını, amma NATO üzvlərinin bölgədə məsuliyyət daşımalı olduğunu vurğulayıb.

Tramp qeyd edib ki, İranın hərbi gücü zəifləsə də, Tehra­n hələ də dəniz minaları ilə təhlükə yarada bilər. O, Avropa ölkələrinin minatəmizləmə gəmiləri ilə dəstək olmasını istədiyini, lakin bu tələbə cavab verilmədiyini söyləyib.

Jurnalistlərin "ABŞ NATO-dan çıxacaqmı?" sualına cavab olaraq Tramp bildirib ki, hazırda belə bir planı yoxdur, amma NATO məsələsi yenidən nəzərdən keçirilməlidir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər