İranda Laricani, Bəsic komandanı və gəmiçilərin dəfn mərasimi keçirilir
Far.Az xəbər saytı

İranda Laricani, Bəsic komandanı və gəmiçilərin dəfn mərasimi keçirilir


İranda hərbi əməliyyatlar zamanı həlak olan yüksək vəzifəli şəxslərin dəfn mərasimi təşkil olunub.

Far.Az xəbər verir ki, məlumatı Tasnim News Agency yayıb. Bildirilir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic qüvvələrinin komandanı Qulamrza Süleymani və "Dena" hərbi gəmisinin heyət üzvləri Tehranda dəfn edilir.

Məlumata görə, mərasim Şəhrəkorddakı İnqilab meydanı yaxınlığında, İmamzadəgan ziyarətgahının qarşısında keçirilir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail tərəfindən İrana qarşı hərbi əməliyyatlara start verilib. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslər həlak olub.

Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirib.

İranda Laricani, Bəsic komandanı və gəmiçilərin dəfn mərasimi keçirilir

Oxşar xəbərlər

Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
"Fəvvarələr meydanı"nda TƏLİM - Yanğınsöndürən maşınlar sərbəst hərəkət edə bilmədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər