XRİTDX daha bir universitet ilə birgə laboratoriyalar yaradacaq
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) ilə Odlar Yurdu Universiteti birgə laboratoriyaların qurulması və ixtisaslı mütəxəssislərin yetişdirilməsi sahələrində əməkdaşlığa start verib.
"Report" Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu XRİTDX və universitet arasında imzalanan əməkdaşlıq haqqında Memorandumda öz əksini tapıb.
Bundan əlavə, tərəflər XRİTDX-nın dəstəyi ilə universitetdə mövcud təhsil proqramlarının yenilənməsi, ustad dərslərinin təşkili, həmçinin tələbələrin praktika imkanlarının genişləndirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Memoranduma XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev və Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev imza atıb.
Vurğulanır ki, sözügedən memorandum "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası"nın müəyyən etdiyi hədəflərə müvafiq olaraq özəl ali təhsil müəssisələrində yüksəkixtisaslı kadrların hazırlanmasını, informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində innovativ işlərin aparılmasını, eləcə də məlumat və təcrübə mübadiləsinin reallaşdırılmasını nəzərdə tutur.
Xatırladaq ki, keçən ayın əvvəlində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşəbbüsü və dəstəyi ilə Bakı Ali Neft Məktəbində (BANM) "İnformasiya Təhlükəsizliyi Testləri" laboratoriyası istifadəyə verilib.
Oxşar xəbərlər
MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi
-
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
-
"Euronews": Dohada Hörmüz boğazı və uranla bağlı məsələlərə diqqət yetirilib - YENİLƏNİB
-
Bakı-Tbilisi sərnişin qatarı yola salınıb
-
Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb













