AYNA: Gücləndirilmiş rejimin 3 günü ərzində rekord göstəricilər qeydə alınıb
Novruz və Ramazan bayramları ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimində çalışır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Report"a bildirilib ki, 19-21 martda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 1 080 reys həyata keçirilib, 38 613 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son illərin rekord göstəricisidir.
Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 400-dən çox reys həyata keçirilib.
Sərnişinlərin 60 %-i biletlərini onlayn qaydada "biletim.az" portalından əldə edərək səfərlərini reallaşdırıb.
Vətəndaşlara mənzil başına daha rahat və təhlükəsiz qaydada çatmaq üçün biletləri onlayn qaydada "biletim.az" portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.
Oxşar xəbərlər
Azərbaycan Ordusunda Novruz və Ramazan bayramları böyük təntənə ilə qeyd olunub
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
Alyona Əliyeva Novruz yarmarkasını ziyarət edib
Ağalı və Məmmədbəyli kəndlərində Novruz festivalı və sərgi-satış yarmarkası keçirilib
İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WSJ: ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb
-
"Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR
-
DİN qanunsuz silah saxlayanlara ÇAĞIRIŞ ETDİ
-
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub
-
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi olacaq
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb













