Nyu-York hava limanında təyyarə qəzasında 40-dan çox adam xəsarət alıb
Air Canada Express təyyarəsinin La Quardia hava limanında nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində sərnişinlər, ekipaj və hava limanının yanğınsöndürmə xidmətinin əməkdaşları da daxil olmaqla 41 nəfər xəstəxanaya çatdırılıb.
Far.Az report-a istinadən xəbər verir ki, bu barədə hava limanı administrasiyasının icraçı direktoru Ketrin Qarsiya bildirib.
Onun sözlərinə görə, zərər çəkənlərdən bəziləri ciddi xəsarətlər alıb, lakin kritik yaralananların sayı dəqiqləşdirilməyib.
*** 11:14
"Air Canada Express" təyyarəsinin pilotları La-Quardiya hava limanında nəqliyyat vasitəsi ilə toqquşma nəticəsində həlak olublar.
Far.Az report-a istinadən xəbər verir ki, bu barədə NBC News mənbələrə istinadən məlumat yayıb.
"Nyu -Yorkdakı La Quardiya hava limanında "Air Canada Express" təyyarəsinin nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində təyyarənin iki pilotu həlak olub", - məlumatda bildirilib.
Mənbələrdən bildirilir ki, hazırda Nyu-York məhkəmə-tibb eksperti onların ölüm səbəblərini araşdırır.
***
Nyu-Yorkdakı La-Quardiya hava limanında "Air Canada Express" təyyarəsinin nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Far.Az report-a istinadən xəbər verir ki, təyyarə yanğınsöndürən maşınla toqquşub. Bildirilib ki, pilot və ikinci pilot ciddi xəsarətlər alıb, avtomobili idarə edən polis serjantı və bir zabitin vəziyyəti stabildir.
ABŞ-nin Federal Mülki Aviasiya İdarəsindən bildirilib ki, hava limanı müvəqqəti bağlanıb.
Hava limanının məlumatına əsasən, gələn reyslər digər hava limanlarına yönləndirilir və ya yoladüşmə məntəqələrinə qaytarılır.
*** 09:21
Kanadanın Monreal şəhərindən uçan "Air Canada Express" aviaşirkətinin təyyarəsi Nyu-Yorkun (ABŞ) La-Quardiya hava limanına eniş edərkən nəqliyyat vasitəsi ilə toqquşub.
Far.Az report-a istinadən xəbər verir ki, ABŞ-nin Federal Aviasiya İdarəsi (FAA) hava limanında bütün uçuşların və enişlərin Qrinviç vaxtı ilə saat 05:30-dək (Bakı vaxtı ilə 09:30-dək) dayandırılması mənsına gələn "ground stop" rejimi tətbiq edib.
Qeyd edilib ki, hava limanı Qrinviç vaxtı ilə 18:00-a (Bakı vaxtı ilə 22:00-a) qədər bağlı qala bilər.
Agentlik, həmçinin bildirib ki, sosial şəbəkələrdəki videolarda təyyarənin burun hissəsinin zədələndiyi görünür.
"Air Canada" aviaşirkəti, FAA və Nyu-Yorkun yanğınsöndürmə xidməti hələlik sorğulara cavab verməyib.
Oxşar xəbərlər
Nyu-York hava limanında təyyarə qəzasında 40-dan çox adam xəsarət alıb - YENİLƏNİB-3
Nyu-York hava limanında təyyarə qəzasında iki pilot ölüb - YENİLƏNİB - 2
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Nyu-York hava limanında təyyarə qəzasında iki pilot ölüb
Azərbaycan bayrağı Nyu-York səmasına qaldırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Pezeşkian Türkiyəyə yola düşüb
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
-
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













