"Mançester Yunayted" və "Bayer 04"ün sabiq müdafiəçisi Fosu-Mensa 2 illik fasilədən sonra məşqlərə başlayıb
Far.Az xəbər saytı

"Mançester Yunayted" və "Bayer 04"ün sabiq müdafiəçisi Fosu-Mensa 2 illik fasilədən sonra məşqlərə başlayıb


İngiltərənin "Mançester Yunayted" və Almaniyanın "Bayer 04" klublarının keçmiş müdafiəçisi Timoti Fosu-Mensa "Kristal Pelas"ın (İngiltərə) 21 yaşadək futbolçulardan ibarət komandası ilə məşqlərə başlayıb.

"Far.Az"un "The Mail" nəşrinə istinadən məlumatına görə, 28 yaşlı niderlandlı futbolçu 2 illik fasilədən sonra formasını bərpa etmək üçün yenidən İngiltərəyə qayıdıb.

Təcrübəli müdafiəçi 2024-cü ilin yayında Almaniya təmsilçisi "Bayer 04"lə yolları ayırdıqdan sonra klubsuz qalıb.

Qeyd edək ki, Niderland millisinin sabiq üzvü karyerası ərzində Joze Mourinyo və Ole Qunnar Sulşerin rəhbərliyi altında "Mançester Yunayted"in heyətində 30 rəsmi matçda meydana çıxıb. O, 2017-2018-ci illərdə icarə əsasında "Kristal Pelas"ın formasını geyinib.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Joze Mourinyo norveçli futbolçunun İspaniya klubuna keçməsinə mane olub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər