Sabah gündüzdən Bakıda yağıntılar tədricən kəsiləcək
Bakıda və Abşeron yarımadasında martın 29-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağan güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma hallarının davam edəcəyi istisna olunmur.
Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət isə gecə 90-95 %, gündüz 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.
Oxşar xəbərlər
Küləkli hava şəraiti bu vaxta qədər DAVAM EDƏCƏK
Bayramın bu günlərində YAĞIŞ YAĞACAQ - Tarixlərə görə PROQNOZ
Bayram və istirahət günlərində Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb
Bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













