Pezeşkian müharibəyə son qoyacaq şərti açıqladı
Far.Az xəbər saytı

Pezeşkian müharibəyə son qoyacaq şərti açıqladı


İran Prezidenti Məsud Pezeşkiyan müharibənin başa çatması üçün ölkəsinin ABŞ-yə irəli sürdüyü şərti açıqlayıb.

BAKU.WS xəbər verir ki, İslam Respublikasının dövlət başçısı hesab edir ki, münaqişənin bitməsi İran xalqının təhlükəsizliyi və maraqlarının təmin olunmasından asılıdır.

Onun sözlərinə görə, ABŞ-İsrail və İran arasında davam edən müharibənin dayandırılması ilə bağlı qərar yalnız ölkə vətəndaşlarının təhlükəsizliyi və milli maraqları tam qorunduğu halda verilə bilər.

"ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibənin sona çatdırılması ilə bağlı hər hansı qərar İran xalqının təhlükəsizliyi və maraqlarının təmin olunmasından asılı olacaq",-deyə Pezeşkian əlavə edib.

Xatırladaq ki, İsrail və ABŞ fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Buna cavab olaraq İran İsraillə yanaşı ABŞ-nin hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi ölkələrdə müəyyən hədəflərə zərbələr endirib.

Pezeşkiyan həmçinin vurğulayıb ki, ordunun göstərdiyi müqavimət və xalqın nümayiş etdirdiyi milli birlik ölkənin mövcud çətinliklərin öhdəsindən gəlməsində əsas amillərdən biridir.

O, müxtəlif şəhərlərdə xüsusilə axşam saatlarında keçirilən hökumətə dəstək aksiyalarına da toxunaraq bildirib: "Xalqın axşamlar bir araya gəlməsi çox dəyərlidir. İran azad insanlara ilham verir".

Oxşar xəbərlər

Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər