Azərbaycanın İranla ticarət dövriyyəsi 13 %-ə yaxın artıb
Far.Az xəbər saytı

Azərbaycanın İranla ticarət dövriyyəsi 13 %-ə yaxın artıb


Bu ilin yanvar-fevral aylarında Azərbaycan və İran arasında ticarət dövriyyəsi 117 milyon 646 min ABŞ dolları təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 % çoxdur.

Hesabat dövründə İranla ticarət ümumi dövriyyənin 1,8 %-i qədər olub.

İllik müqayisədə Azərbaycanın İrana ixracının dəyəri 2,1 % azalaraq 2 milyon 373 min ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 13,1 % artaraq 115 milyon 272 min ABŞ dolları olub.

İki ayda İrana ixrac ümumi ixracın 0,06 %-ni, İrandan idxal isə ümumi idxalın 4,4 %-ni təşkil edib.

Oxşar xəbərlər

Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
Azərbaycanın MDB ölkələrinə ixracı 14 %-ə yaxın artıb, idxalı isə 52 % azalıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər