"Expressbank"ın İdarə Heyətinə yeni təyinat olub
"Expressbank" ASC-də yeni kadr təyinatı həyata keçirilib. Fuad Fikrət oğlu Muradəliyev bankın İdarə Heyətinin üzvü və Baş maliyyə inzibatçısı (CFO) vəzifəsinə təyin olunub.
Fuad Muradəliyev maliyyə sahəsində 10 ildən artıq peşəkar təcrübəyə malikdir. O, karyerası ərzində əsasən bank sektorunda fəaliyyət göstərərək maliyyə idarəçiliyi, büdcələmə, risklərin qiymətləndirilməsi və strateji planlaşdırma istiqamətlərində geniş bilik və praktiki təcrübə qazanmışdır.
Bu təyinata qədər o, "Expressbank"da Maliyyə departamentinin direktoru vəzifəsində çalışmış və bankın maliyyə strategiyasının formalaşdırılması, həmçinin effektiv idarə olunmasında mühüm rol oynamışdır.
Əvvəlki illərdə "Bank of Baku" ASC-də rəhbər maliyyə vəzifələrində fəaliyyət göstərmiş, həmçinin müxtəlif pillələr üzrə irəliləyərək maliyyə sahəsində peşəkar təcrübəsini daha da möhkəmləndirmişdir.
O, risklərin idarə olunması sahəsində "Global Association of Risk Professionals" tərəfindən təqdim olunan FRM® ("Financial Risk Manager") sertifikatına malikdir. Eyni zamanda, CFA Institute tərəfindən təşkil olunan CFA ("Chartered Financial Analyst") proqramının 2 səviyyəsini uğurla tamamlamışdır.
Fuad Muradəliyev ali təhsilini Azərbaycan Dövlət İqtisad Universiteti-də Maliyyə ixtisası üzrə başa vuraraq bakalavr və magistr dərəcələri əldə etmişdir.
Onun yeni vəzifədə fəaliyyətinin "Expressbank"ın maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsinə və strateji inkişafına mühüm töhfə verəcəyi gözlənilir.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













