Təyyarədə "canlı bomba" zarafatı edən şəxsə həbs cəzası verildi
AJet şirkətinə məxsus İstanbul Sabiha Gökçen–Şanlıurfa reysi zamanı baş verən insident məhkəmə ilə nəticələnib.
Far.Az xəbər verir ki, məlumata görə, 9 fevral 2026-cı ildə uçuşa hazırlaşan təyyarədə sərnişinlərdən biri yanında olan bacısını kabin heyətinə göstərərək "canlı bomba" ifadəsini işlədib. Bu açıqlama təhlükəsizlik prosedurlarının dərhal işə salınmasına səbəb olub.
Hadisə nəticəsində sərnişinlər təxliyə edilib, təyyarədə geniş yoxlama aparılıb. Hər hansı təhlükəli predmet aşkarlanmasa da, reys təxminən 3 saat gecikib və çox sayda sərnişin zərər görüb.
Polis tərəfindən saxlanılan şəxslər ifadələrində bunun zarafat olduğunu bildiriblər. Onlar barəsində ilkin olaraq sərbəst buraxılma qərarı verilsə də, hava yolu şirkəti tərəfindən bir il müddətinə "qara siyahı"ya salınıblar.
Məhkəmə isə hadisəni nəqliyyat təhlükəsizliyinə təhdid kimi qiymətləndirərək təqsirləndirilən şəxsə 4 il 2 ay azadlıqdan məhrumetmə cəzası verib. Qərar qüvvəyə minəcəyi təqdirdə, həmin şəxsin cəzasını çəkməsi gözlənilir.
Bundan əlavə, aviaşirkətin yaranmış zərərə görə təqsirləndirilən şəxsə qarşı maddi təzminat iddiası qaldırmağa hazırlaşdığı bildirilir.
Oxşar xəbərlər
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Nüfuzlu mükafata layiq görülən Cim Kerri zarafatı ilə gündəm oldu
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib













