Hesablama Palatası ötənilki fəaliyyəti haqqında hesabatı MM-ə təqdim edəcək
"Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat"ın təsdiq edilməsi və Milli Məclisə (MM) göndərilməsi barədə qərar qəbul edilib.
"Far.Az! bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, bu məsələ qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilmiş Kollegiya iclasında müzakirə edilib. Dövlət büdcəsi və strateji təhlil şöbəsinin əməkdaşları Hesabatda təqdim edilmiş yeniliklər barədə söz açıb, əks olunan əsas məlumatlardan bəhs edib. Bildirilib ki, Hesabatda Palatanın fəaliyyətinin, o cümlədən auditin təsiri barədə məlumatların genişləndirilməsinə çalışılıb.
Daha sonra Palatanın aparat rəhbəri və Dövlət auditinin rəqəmsallaşdırılması və informasiya infrastrukturunun idarəedilməsi şöbəsinin əməkdaşları dövlət auditinin rəqəmsallaşdırılması üzrə görülən işlər, müvafiq sistem vasitəsilə təqdim olunan hesabatların qiymətləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Bir qurumun hesabatları üzrə aparılmış təhlilin ilkin nəticələrinin təqdimatı edilib.
Palatanın sədri Vüqar Gülməmmədov kollegiya üzvlərinə və struktur bölmə rəhbərlərinə müvafiq təhlillərin bütün qurumlar üzrə aparılması və nəticələrinin təqdim olunması, habelə 2026-cı ilin ilk rübü üzrə aparılmış nəzarət tədbirlərinin rəsmiləşdirilməsinin yekunlaşdırılması barədə tapşırıqlar verib.
Kollegiya iclasında, həmçinin nəzarət tədbirlərinin başlanılması ilə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilib.
İclasın sonunda gündəlikdə nəzərdə tutulan digər cari məsələlərə də baxılıb.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













