Apple şirkətinin yeni adapterlərində PROBLEM YARANDI
Far.Az xəbər saytı

Apple şirkətinin yeni adapterlərində PROBLEM YARANDI


"Apple" şirkəti yeni və köhnə "MacBook Pro" üçün nəzərdə tutulan enerji adapterlərinin komponentlərini bir-biri ilə uyğunsuz edib.

Bir neçə ölkədən olan istifadəçilər "USB-C 140W Power Adapter" ilə bağlı problem yaşadıqlarını bildiriblər. Bu adapterlər M5 Pro və M5 Max prosessorlu yenilənmiş 16 düymlük MacBook Pro modelləri ilə birlikdə təqdim olunur.

Far.Az "MacRumors" portalına istinadən xəbər verir ki, ötən ilki yeniləmədən sonra şirkət mühəndisləri adapterin konstruksiyasında nəzərə çarpmayan, lakin kritik dəyişiklik ediblər.

Məlum olub ki, adapter əvvəlki kimi çıxarıla bilən başlıqla təchiz edilsə də, onun altında yerləşən iki kontaktlı ştekerin forması dəyişdirilib. Əvvəllər bu element dəyişdirilmiş C7 dizaynına malik idisə, indi daha nazik, "həb" formasında hazırlanıb. Bu dəyişiklik səbəbindən yeni adapterlər "Power Adapter Extension Cable" adlı uzadıcı kabel ilə uyğun gəlmir. Çünki həmin kabel köhnə tip şteker üçün nəzərdə tutulub.

Bundan əlavə, yenilənmiş adapter artıq istehsalı dayandırılmış "World Travel Adapter Kit" səyahət adapterləri dəsti ilə də uyğun deyil.

Maraqlıdır ki, Apple-ın rəsmi saytında uzadıcı kabelin hələ də 140 vattlıq USB-C adapterlərlə tam uyğun olduğu qeyd olunur, baxmayaraq ki, problem artıq təsdiqlənib. Hazırda bu dəyişikliklərlə əsasən Avstraliya və Çin istifadəçilərinin üzləşdiyi bildirilir. Digər regionlardan olan bəzi istifadəçilər isə onların cihazlarında belə problem olmadığını deyirlər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
HUAWEI MatePad Pro 12.2 2025 - Yeni Nəsil Premium Planşet

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər