Beynəlxalq Atom Enerjisi Agentliyindən Buşehr AES-ə zərbə ilə bağlı açıqlama
"Nüvə elektrik stansiyaları meydançaları və onlara bitişik ərazilərə zərbələr qəbuledilməzdir, çünki orada nüvə təhlükəsizliyinin təminatı üçün kritik əhəmiyyətli avadanlıqlar var".
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) öz "X" hesabında İrandakı Buşehr Atom Elektrik Stansiyasına (AES) edilən növbəti hücumu şərh edərkən bildirib.
"Baş direktor Rafael Qrossi bu hadisə ilə bağlı dərin narahatlığını ifadə edir", - deyə BAEA qeyd edib.
Həmçinin əlavə edilib ki, hadisədən sonra radiasiya səviyyəsinin artması barədə hər hansı bir informasiyaya malik deyillər.
*** 14:12
İranın Atom Enerjisi Təşkilatı (AEOI) bildirib ki, Buşehr Atom Elektrik Stansiyasının yaxınlığındakı əraziyə mərmi düşüb və nəticədə obyektin mühafizəçilərindən biri həlak olub, lakin əsas qurğulara zərər dəyməyib.
Far.Az TASS-a istinadən xəbər verir ki, bu barədə AEOI Telegram kanalında məlumat dərc edilib.
"Bu şənbə günü, təxminən saat 8:30-da (GMT vaxtı ilə 5:00 - TASS) Buşehr Atom Elektrik Stansiyasının ərazisinin yaxınlığında (stansiyanın hasarının yaxınlığında) mərmi düşüb. Hücumun yaratdığı partlayış dalğası və qəlpələr nəticəsində stansiyanın köməkçi binalarından biri zədələnib və təəssüf ki, stansiyanın fiziki mühafizə xidmətinin bir üzvü həlak olub" - deyə bildirilib.
O əlavə edib ki, zavodun əsas qurğularına zərər dəyməyib və onun fəaliyyəti pozulmayıb.
Oxşar xəbərlər
Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib
Prezident Ağdərədə "Qozlukörpü" Su Elektrik Stansiyasının açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib













