Maqnit qasırğası nədir və niyə yazda daha çox müşahidə olunur?
Far.Az xəbər saytı

Maqnit qasırğası nədir və niyə yazda daha çox müşahidə olunur?


Maqnit qasırğası Günəşdə baş verən proseslərin Yerə təsiri nəticəsində yaranan təbiət hadisəsidir. Bu zaman Günəşdən kosmosa böyük həcmdə qızmış plazma atılır. koronal kütlə atılması adlanan bu proses nəticəsində yaranan plazma buludu 1–3 gün ərzində Yerə çatır və özü ilə güclü maqnit sahəsi gətirir.

Far.Az xəbər verir ki, Yer normal şəraitdə maqnitosfer vasitəsilə bu təsirlərdən qorunur. Lakin plazma buludu bu sahə ilə toqquşduqda maqnit sahəsində kəskin dəyişikliklər baş verir, yüklü hissəciklər atmosferə daxil olur və nəticədə maqnit qasırğası yaranır.

Mütəxəssislər bildirir ki, yaz aylarında belə hadisələrin daha çox qeydə alınmasının səbəbi Yerin Günəş küləyi ilə qarşılıqlı təsirinin daha əlverişli mövqedə olmasıdır. Bu dövrdə Günəşdən gələn maqnit sahəsi ilə Yer maqnit sahəsinin istiqaməti uyğunlaşdığı üçün qasırğa ehtimalı artır.

Bəzi insanlar maqnit qasırğaları zamanı baş ağrısı, halsızlıq və təzyiq dəyişiklikləri hiss etdiklərini qeyd edir. Alimlər bu təsirin tam sübuta yetirilmədiyini bildirsə də, həssas şəxslərə belə günlərdə daha diqqətli olmaq tövsiyə olunur. Bununla yanaşı, maqnit qasırğaları rabitə sistemlərinə və peyklərin fəaliyyətinə də təsir göstərə bilər.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər