Yevlaxda işçilərin əmək hüquqlarını pozan hüquqi şəxs cərimələnib
"Lalə-Tekstil" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında Yevlax rayon prokurorluğunda araşdırma aparılıb.
Yevlax rayon Prokurorluğundan "Report"a verilən xəbərə görə, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) bir neçə şəxsin tikiş fabrikində müvafiq olaraq dərzi və sürücü kimi işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
Oxşar xəbərlər
Yevlaxda əməkdaşları qanunsuz işə cəlb edən şirkət cərimələnib
Xocalıda əmək hüquqlarını pozan şirkət 20 min, vəzifəli şəxs 4 min manat cərimə edilib
Yevlaxda şirkət əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimə edilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













