Azərbaycanda girov aktivlərinin növləri dəqiqləşdiriləcək
Azərbaycanda təminatlı əqdlər üzrə tənzimləmə çərçivəsinin tətbiqi vəziyyəti qiymətləndiriləcək və bu sahədə mövcud çətinliklərin aradan qaldırılması istiqamətində tədbirlər görüləcək.
"Far.Az"un əldə etdiyi məlumata görə, Azərbaycan Mərkəzi Bankının təminatlı əqdlər üzrə inteqrasiya edilmiş hüquqi çərçivənin tətbiqi vəziyyətinə dair apardığı sorğuların nəticələri aidiyyəti tərəflərlə birlikdə müzakirə olunacaq.
Bu prosesə "Azərbaycan Banklar Assosiasiyası" və "Azərbaycan Mikromaliyyə Assosiasiyası" İctimai Birlikləri də cəlb ediləcək.
Müzakirələr əsasında mövcud çətinliklərin aradan qaldırılması üçün optimal həll mexanizmlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin bu ilin iyulun 1-nə qədər həyata keçirilməsi planlaşdırılır.
Eyni zamanda, təminatlı əqdlər çərçivəsində girov kimi təmin oluna bilən daşınar aktivlərin, borcların və öhdəliklərin növləri ilə bağlı işlərin aparılması planlaşdırılır.
Bundan əlavə, təminat hüquqlarının prioritetliyi və onların həyata keçirilməsi mexanizmlərinin təkmilləşdirilməsi də nəzərdə tutulur. Bu addımların kredit bazarında risklərin azaldılmasına və maliyyə resurslarına çıxışın genişlənməsinə töhfə verəcəyi gözlənilir.
Oxşar xəbərlər
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













