Azərbaycan Lüksemburqdan makaron idxalını bərpa edib
Far.Az xəbər saytı

Azərbaycan Lüksemburqdan makaron idxalını bərpa edib


Bu ilin yanvar ayında Azərbaycan 2,1 milyon ABŞ dolları dəyərində 1 min 645 ton makaron məmulatları (kuskusdan başqa) idxal edib.

"Far.Az"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 50 %, kəmiyyət olaraq – 34 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 48 % çox) 1 min 192 ton (+50 %), Rusiyadan 848 min ABŞ dolları dəyərində (+97 %) 373 ton (+12 %), Ukraynadan 78 min ABŞ dolları dəyərində (-48 %) 34 ton (-51 %), Özbəkistandan 53 min ABŞ dolları dəyərində 22,4 ton (1 il əvvəl tədarük olmayıb), Qazaxıstandan 23 min ABŞ dolları dəyərində 5,6 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.

Azərbaycan 2 il 5 aylıq fasilənin ardından Lüksemburqdan (0,12 min ABŞ dolları dəyərində 0,02 ton) makaron tədarükünü bərpa edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ermənistanın iqtisadiyyat naziri Qazaxıstandan Azərbaycan vasitəsilə taxıl tədarük edildiyini açıqlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan daha bir ölkəyə makaron tədarük etməyə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər