"Şamaxı"nın futbolçusu Dioqo Balau 2 oyunluq diskvalifikasiya edilib
Far.Az xəbər saytı

"Şamaxı"nın futbolçusu Dioqo Balau 2 oyunluq diskvalifikasiya edilib


AFFA İntizam Komitəsi "Şamaxı"nın futbolçusu Dioqo Balaunu 2 oyunluq diskvalifikasiya edib.

"Report" xəbər verir ki, buna yarımmüdafiəçinin Misli Premyer Liqasının XXVI turunda keçirilən "Zirə" – "Şamaxı" oyununda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alması səbəb olub.

Həmçinin buna görə bölgə təmsilçisi1 000 manat cərimə edilib.

Turun "Araz-Naxçıvan" – "Sabah" oyununda ev sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığı üçün komanda 700 manat cərimələnib.

Oyundan sonra naxçıvanlıların baş məşqçisi Andrey Demçenko hakimin qərarına etiraz etdiyi üçün qırmızı vərəqə alıb. Mütəxəssis 1 oyunluq cəza alıb, klub isə əlavə olaraq 2 500 manat ziyana düşüb.

Oxşar xəbərlər

AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
"Qarabağ" azarkeşlərinə görə cərimələnib
"Qarabağ"ın futbolçusu iki oyunluq cəza alıb, klub cərimələnib
AFFA Premyer Liqanın XIX turu ilə bağlı cərimə və cəzaları açıqlayıb
Andrey Demçenko "Araz-Naxçıvan"ın baş məşqçisi təyin olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər