Cəlal Qasımov: "Kapital bazarı məhduddur və özəl emitentlərin sayı azdır"
Far.Az xəbər saytı

Cəlal Qasımov: "Kapital bazarı məhduddur və özəl emitentlərin sayı azdır"


Azərbaycanda kapital bazarı məhduddur və özəl emitentlərin sayı azdır.

"Report" xəbər verir ki, bunu "PAŞA Holdinq" MMC-nin baş icraçı direktoru Cəlal Qasımov sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, sağlam maliyyə ekosisteminin formalaşması üçün həm investorların, həm də bazara açıq şirkətlərin mövcudluğu vacibdir.

"Bu baxımdan "PAŞA Bank" ASC-nin İlkin Kütləvi Təklif (IPO) prosesinə qoşulması mühüm addımdır. Bu qərar həm strateji baxışa, həm də praktiki yanaşmaya əsaslanır. Mahiyyət etibarilə IPO kapitalın cəlb olunması deməkdir, Bankın inkişaf trayektoriyasını davam etdirməsinə və real iqtisadiyyatın dəstəklənməsində rolunu daha da gücləndirməsinə imkan verəcək. İllər ərzində bölüşdürülməmiş mənfəət və səhmdar dəstəyi hesabına möhkəm baza formalaşdırmışıq, indi isə inkişafın növbəti mərhələsini bazara açırıq", - deyə "PAŞA Holdinq" rəsmisi qeyd edib.

O, əlavə edib ki, bu addım həm də daha geniş məqsədlərə xidmət edir: "Biz bazarın bankı necə qiymətləndirdiyini anlamaq və bu intizamı qəbul etmək istəyirik. Açıq şirkətə çevrilmək daha yüksək şəffaflıq, hesabatlılıq və idarəetmə tələbləri deməkdir. Biz bu öhdəliklərə ciddi yanaşır və bu standartlara nail olmağı hədəfləyirik".

Xatırladaq ki, "PAŞA Bank"ın yeni səhmlərinə abunə yazılışı aprelin 13-də başlayacaq və mayın 12-nə qədər davam edəcək.

Oxşar xəbərlər

Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər