Hesablama Palatası: Ötən il 101,5 milyon manat vəsait büdcəyə bərpa edilib
Far.Az xəbər saytı

Hesablama Palatası: Ötən il 101,5 milyon manat vəsait büdcəyə bərpa edilib


Hesablama Palatasının 2025-ci ildə keçirdiyi nəzarət tədbirləri nəticəsində 1 milyard 554 milyon manatlıq nöqsan aşkarlanıb.

"Report" xəbər verir ki, bunu Palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, aşkarlanmış nöqsanların 584,8 milyon manatı uyğunsuzluqlar, 626,3 milyon manatı maliyyə təhrifləri, 342,9 milyon manatı isə səmərəsiz xərclərdən ibarət olub.

Sədr qeyd edib ki, büdcəyə hesablanmış zərərin 101,5 milyon manatı üzrə vəsaitin bərpası təmin edilib, 40,2 milyon manatlıq materiallar isə hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər