"Bitcoin" və "Ethereum" bahalaşdı
Far.Az xəbər saytı

"Bitcoin" və "Ethereum" bahalaşdı


Kriptovalyuta bazarında son 24 saat ərzində əsas aktivlər üzrə müsbət dinamika qeydə alınıb.

Far.Az-in CoinMarketCap platformasına istinadən verdiyi məlumata görə, qlobal kriptobazarın ümumi kapitallaşması 1,02% artaraq 2,54 trilyon ABŞ dollarına yüksəlib.

Bazarda lider mövqedə olan "Bitcoin" son sutkada 1,38% bahalaşaraq 75 066 dollara çatıb. Həftəlik göstəricidə isə artım 5,74% təşkil edib.

İkinci böyük kriptovalyuta olan "Ethereum" da yüksəliş nümayiş etdirib. Onun qiyməti son 24 saatda 1,52% artaraq 2 357 dollar olub. Həftə ərzində isə 8,11% artım qeydə alınıb.

Digər aktivlərdən BNB 1,54% bahalaşaraq 624,41 dollara, Bitcoin Cash 2,19% artaraq 442,99 dollara, Aave isə 5,61% yüksələrək 106,45 dollara çatıb.

Eyni zamanda bəzi kriptovalyutalarda azalma müşahidə olunub. Monero 0,34% ucuzlaşaraq 341,97 dollar, Zcash isə 3,13% azalaraq 341,74 dollar səviyyəsində qərarlaşıb.

Qızıl əsaslı aktivlərdə isə artım davam edib. PAX Gold 0,04%, Tether Gold isə 0,17% bahalaşıb.

Mütəxəssislər hesab edir ki, bazardakı yüksəliş iri investorların geri qayıtması və qlobal risk iştahının artması ilə əlaqədardır.

Oxşar xəbərlər

Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
Kriptovalyuta bazarı təzyiqdə: likvidlik azalır, investorlar təhlükəsiz aktiv axtarır - ARAŞDIRMA
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
Son sutkada bir İtaliya, 17 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər