Fransa Rusiyanın kölgə donanması ilə əlaqəli tankerini sərbəst buraxıb
Fransa hökuməti martda Rusiyanın kölgə donanmasına mənsub olması şübhəsi ilə saxlanılmış "Deyna" tankerinin Marsel limanını tərk etməsinə icazə verib.
"Far.Az"un Avropa bürosu Fransa mətbuatına istinadən xəbər verir ki, Mozambik bayrağı altında üzən və əvvəllər Murmanskdan yola düşən gəmi Fransanın ərazi sularını tərk edərək Aralıq dənizinə yönəlib və Çinə istiqamət alıb.
Tanker martda Fransa və Böyük Britaniyanın iştirakı ilə Balear adaları yaxınlığında saxlanılmışdı. Tankerin sahibi gəminin milli mənsubiyyətini təsdiq edən lazımi sənədlərin olmaması ilə bağlı günahını etiraf edib və cərimə ödəyib. Cərimənin məbləği açıqlanmır.
Fransa hökumətinin məlumatına görə, ötən ilin sentyabrından etibarən sanksiyalardan yayınmaqda şübhəli bilinən üç gəmi yoxlanılıb. Aİ bu sanksiyaları Ukraynada müharibə başladıqdan sonra tətbiq edir.
Oxşar xəbərlər
"Kölgə dəniz donanmaları" – dövlətlər qaçaqmalçılar rolunda - ŞƏRH
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq
-
Azərbaycanda 15 yaşlı qız dünyaya uşaq gətirdi
-
"Neftçi"dən "Qarabağ"la oyundan əvvəl azarkeşlərə MÜRACİƏT
-
Azərbaycan və Gürcüstan qəhvəyi mərmər bağacığına qarşı mübarizədə birgə işçi qrupu yaradacaq
-
4 ərazidə təmir-bərpa işləri başa çatdırılıb
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar













