"Arsenal" və "Seltik" klublarında çıxış etmiş futbolçu 15 ay həbs cəzası alıb
Far.Az xəbər saytı

"Arsenal" və "Seltik" klublarında çıxış etmiş futbolçu 15 ay həbs cəzası alıb


İngiltərənin "Arsenal", "Sanderlend", Şotlandiyanın "Seltik" klublarında çıxış etmiş sabiq futbolçu Entoni Stouks 15 ay həbs cəzası alıb.

"Far.Az" xarici KİV-ə istinadən xəbər verir ki, irlandiyalı oyunçu narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib.

O, 2023-cü ildə ölkəsinin paytaxtı Dublində sərxoş halda avtomobilini yüksək sürətlə idarə etdikdən sonra polis tərəfindən saxlanılıb. Tibbi müayinədən sonra onun yüksək dozalı narkotik vasitələrdən istifadə etdiyi və üzərində gəzdirdiyi müəyyən edilib.

Qeyd edək ki, futbolçu karyerasının parlaq illərini "Seltik"də keçirən 36 yaşlı Entoni Stouks 2010-cu ildən 2016-cı ilə qədər bu klubun heyətində 135 oyunda 58 qol vurub. O, həmçinin 9 dəfə İrlandiya millisinin formasını geyinib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Azərbaycan QHT-ləri ABŞ və Avropa İttifaqının məsul qurumlarının rəhbərlərinə açıq məktub göndərib
Mehriban Əliyevanın doğum günüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər